Siyasət

  • 2 900

Mərkəz sədri: “Ermənistanda saatlı bomba istənilən anda partlaya bilər”

image

“Rusiya Ermənistan daxilində saatlı bomba qurub istənilən anda onu partlada bilər”. SİA-nın verdiyi məlumata görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.O qeyd edib ki, KTMT-nin son sammitində qəbul edilən sənəddə deyilir ki, üzv dövlətlər arasında elələri var ki, ora Yaxın Şərqdən qaçqınlar gəlir: “Bu yeganə dövlət Ermənistandır ki, oraya 22 min suriyalı gəlib. Rusiya buna görə də Ermənistana təhlükə kimi baxır".Politoloq deyib ki, Rusiyanın hesablamalarına görə, Ermənistanın daxilində silahlı birləşmələr yarana bilər və Rusiya bunu özü üçün təhlükə hesab edir: “Ona görə də Rusiya bunun qarşısını almağa çalışır".Politoloq həmçinin İranın XİN rəhbəri Cavad Zərifin Yerevana səfərindən danışıb. O qeyd edib ki, hazırda Azərbaycanla İran münasibətləri yüksəkdir: “İran daxilində Azərbaycan valyutası istifadə edilir. İran kimi böyük dövlətin ərazisində bizim pulumuzun istifadəsi müsbət haldır".Politoloq həmçinin əlavə edib ki, İran XİN-in Azərbaycana münasibəti fərqlidir: “Cavad Zərifin Yerevana səfərini Azərbaycanın maraqları prizmasından minus kimi qiymətləndirirəm. Lakin bu İranın maraqları baxımından da müsbət hal deyil. İran İsraillə Ermənistan əlaqələrini görmür? Biz İsrail və ABŞ-la əlaqə qursaq, İran iki dəqiqədə yox olar. Lakin etmirik. Çünki Azərbaycanın abırı var".Politoloq deyib ki, İranda siyasi ayətullahlar meydana çıxıb: "Onlar iddia edir ki, Kərbəla Məkkədən üstündür. Bunu din xadimləri özləri bilər. Biz müsəlmanıq və dinimizi qoruyuruq. İranda din siyasiləşib. Azərbaycanda hansı dindar qəbul etsə ki, Kərbəla Məkkədən üstündür, o kafirdir. Çünki Quran Məkkədə ərəb dilində nazil olub".

sia.az

Digər xəbərlər