Siyasət

  • 2 692

Cavid Osmanov: Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi iqtisadiyyatın inkişafında mühüm rol oynayır

image

«Ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir». Bu fikri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Onun sözlərinə görə, sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib.
«Sahibkarlığın inkişafı strategiyası ölkəmizin iqtisadiyyatının dirçəlişində mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahə keyfiyyət baxımından zənginləşir. Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. Hökumət əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin təxminən 80 faizi məhz regionların payına düşür»-deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər