Siyasət

  • 3 784

İdarəçilik Akademiyası ilə Palata arasında Anlaşma Memorandumu imzalanıb

image

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin vacib bölmələrindən biri olan ölkədə maliyyə sahəsində bilik və bacarıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) arasında Anlaşma Memorandumu imzalanıb.SİA-nın verdiyi məlumata görə, Memorandum Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının davamlılığının təmin olunmasında iştirak, əhalinin, o cümlədən də müvafiq ixtisas sahiblərinin maliyyə bazarları, onun məhsul və xidmətləri barədə maarifləndirilməsi, maliyyə bazarlarının inkişafına dair elmi tədqiqatların aparılması, orta və ali təhsil müəssisələrində maliyyə bazarlarına dair biliklərin tədrisinə dəstək verilməsi, maliyyə bazarları üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq məsələlərini əhatə edir. Sənədə İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov imza atıblar.Memorandumun əsas prinsipi və mahiyyəti səmərəli əməkdaşlıq nəticəsində təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi, habelə maliyyə və texniki dəstək göstərərək onların icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarətdir.İmzalanma mərasimində çıxış edən Akademiyanın rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə unikal idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafı prosesində Ümummilli Lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib.Akademiyanın çoxsaylı tələbə və müəllim heyəti qarşısında çıxış edən Palatanın Baş icraçı direktoru İbrahim Alışov bildirib ki, ölkədə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsində xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan önəmli addımlardan biri kimi səciyyələndirilməlidir.Tədbirə diskussiya şəklində yekun vurulub.

sia.az

Digər xəbərlər