Siyasət

  • 2 722

ABŞ Dövlət katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir"

image

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ABŞ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson Vyanada ATƏT-in nazirlərin sammitində deyib."Biz Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüş zamanı təmas xəttində gərginliyin azaldılması və danışıqlar prosesinin aktivləşdirilməsi ilə bağlı razılaşdırdıqları öhdəliklər bizi qane edir. Yalnız siyasi iradə olduğu təqdirdə ciddi irəliləyiş əldə etmək mümkündür.Biz problemin həlli ilə bağlı tərəflərin qərarını alqışlayırıq" - deyə, ABŞ dövlət katibi qeyd edib.O, həlli uzanan Dağlıq Qarabağ və Gürcüstan münaqişələrinin tezliklə həllinin vacibliyini dilə gətirib.

sia.az

Digər xəbərlər