Siyasət

  • 3 736

Aydın Mirzəzadə: “Vətəndaşlarımız siyasi proseslərlə ciddi maraqlanırlar” AÇIQLAMA

image

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb.Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Aydın Mirzəzadə deyib ki, aparılan sorğu onu deməyə əsas verir ki, bu, dövlətçiliyimizin bugünkü bariz xarakteristikasından biridir: “Azərbaycan cəmiyyəti dövlətinin fəaliyyətindən ümumən razıdır. Azərbaycan cəmiyyəti bu gününə və sabahına inanır. İndiki iqtidara böyük etimad göstərir. Bu kiçik məsələ deyil. Nəzərə alsaq ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır, 26 illik müstəqilliyimiz Ermənistan-Azərbaycan qarşıdurması şəraitində keçir, bu zaman əsrlərlə yığılıb qalmış problemləri həll etmək lazım gəlir. Həmçinin Azərbaycan cəmiyyətində bir yekdilliyin, milli birliyin olduğunu da söyləmək olar. Bu gün əgər 81 faiz insan sabaha inanırsa, deməli cəmiyyət ümumən bir dəyərlər üzərində qurulub. Şübhəsiz ki, bütün bunlar heç də asan başa gəlməyib.Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində indiki Azərbaycanın bünövrəsi qoyulub. Azərbaycanın strateji istiqaməti düzgün seçildi. Ölkəmiz özünün müstəqilliyini hərtərəfli qoruya bildi. Prezidentimiz İlham Əliyevin siyasi kursu Azərbaycanın milli maraqlarına cavab verir. Azərbaycanın suverenliyi qorunur və müstəqil daxili, xarici siyasət yeridir. İnsanların sosial problemlərinin həlli üçün maksimum işlər görülür. Parlamentə, siyasi partiyalara münasibətin özü də göstərir ki, vətəndaşlarımız siyasi proseslərlə ciddi surətdə maraqlanırlar. Onlar bugünkü proseslərin demokratik çərçivədə getdiyinin fərqindədirlər. Nəzərə alsaq ki, bu rəy sorğusu xarici bir şirkət tərəfindən keçirilib ona görə də nəticələrin obyektivliyi hər hansı bir şübhə doğurmur”.

sia.az

Digər xəbərlər