Siyasət

  • 7 686

“XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası”

image

Bu gün Bakı Slavyan Universitetində (BSU) Türkiyə, Rusiya, Polşa, Ukrayna, Çexiya, Bolqarıstan, Belarus respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin iştirakı ilə “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” adlı beynəlxalq dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva mötəbər qonaqları salamlayaraq əvvəlcə BSU-nun yaranma tarixi, buradakı təhsil sistemi, fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə ətraflı məlumat verib.Sonra Nurlana Əliyeva XXI əsrin aktual mövzusuna həsr olunmuş dəyirmi masanın mahiyyətindən danışıb. Rektor Azərbaycan təhsil sisteminin XXI əsrdə çox böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdıraraq bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu dilə gətirib.Azərbaycanın bütün sahələr üzrə inkişaf tendensiyasından söz açan N.Əliyeva diqqətə çatdırıb ki, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olması göz qabağındadır. Azərbaycanda hökm sürən multikultural mühitdən, tolerant dəyərlərdən söhbət açan rektor diqqətə çatdırıb ki, multikulturalizm ənənələrinin ölkəmizin dövlətçilik prinsiplərində aparıcı yer tutması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Multikulturalizmin mərkəzi sayılan BSU-da əcnəbi tələbələrin təhsillərinin mükəmməlləşdirilməsi istiqamətində hər cür şəraitin yaradıldığını vurğulayan N.Əliyeva deyib: “Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf edərək dünyaya inteqrasiya olunmağa başlayıb. Qısa zaman ərzində ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, əhalinin maddi rifahının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli məsələlərin həyata keçməsi respublikamızın tərəqqisinin göstəricisidir. Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olub”.Əsrin aktual mövzusuna həsr olunan “dəyirmi masa”nın mahiyyətindən danışan rektor bildirib ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli olduğundan tədbirdə müzakirələr zamanı mövcud və həlli mümkün olan təhsil problemlərinə toxunulacaq.Tədbirin moderatoru, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos vurğulayıb ki, “dəyirmi masa”nın mövzusu müasir dövrlə yaxından səsləşir. Hazırda ən zəruri amil hesab edilən müasir təhsil sistemi cəmiyyətin ayrılmaz bir sahəsidir. Səfir Azərbaycan ilə Yunanıstan arasında təhsil əlaqələrinin qurulmasında aparıcı rol oynayan BSU-nun fəaliyyətini yüksək dəyərləndirib. O, belə mühüm tədbirin Azərbaycanda beynəlxalq təhsilin inkişafında aparıcı rol oynayan BSU-da təşkilindən məmnunluğunu bildirib.

sia.az

Digər xəbərlər