Siyasət

  • 2 550

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və jurnalistlərin Tərtərə səfəri təşkil olunub

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabrın 11-də Tərtər rayonuna səfərini təşkil edib.

Səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş “Marağa-150” abidəsi ilə yerində tanış olacaqlar.

yap.org.az

Digər xəbərlər