Siyasət

  • 5 247

Azər Badamov: “Ulu Öndər xalqın yaddaşında Azərbaycanın qurucusu kimi qalıb” MÖVQE

image

“Ulu Öndər xalqımızın yaddaşında Azərbaycanın qurucusu kimi qalıb və bu hər zaman belə olacaq. Çünki bugünkü Azərbaycan dövlətinin mövcudluğu məhz Ümummilli Liderin adı ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Azərbaycanın çox çətin dövrlər yaşamış gənc ölkə olduğunu deyən deputat söyləyib ki, əgər Ümummilli lider hakimiyyətə gəlməsəydi, xalqımız bugünkü firavan həyatını yaşaya bilməzdi: “Ulu Öndərin məhz dahiliyi, təcrübəsi, uzaqgörənliyi, xalqa, Vətənə olan məhəbbəti Azərbaycanı bugünkü inkişafa gətirib çıxarıb. Xalqımız Ulu Öndərlə fəxr edir və yaddaşında yaşadır”.Ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyini xatırladan A.Badamov söyləyib ki, Ulu Öndər Azərbaycanın tarixində unudulmaz izlər buraxıb: “Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yalnız xalqına xidmət edib”.Deputat qeyd edib ki, Ümummilli Liderin dahiliyi, böyüklüyü, liderliyi tək ölkəmiz deyil, dünya tərəfindən də tanınıb, qəbul edilib: “Ulu Öndər hara getməyindən asılı olmayaraq orada Azərbaycanı yüksək səviyyədə təmsil edib, bütün dünya ölkələri də dahi şəxsiyyətə hər zaman sayğı, hörmətlə yanaşıb”.

sia.az

Digər xəbərlər