Siyasət

  • 2 960

Deputat: "Ulu Öndərin xatirəsi həmişə anılacaq" MÜNASİBƏT

image

“Ulu Öndərin xatirəsi əsrlərlə anılacaq. Çünki Ümummilli Lider dünyada əvəzsiz şəxsiyyət olmaqla yanaşı, həyatını insanların azadlığı, səadəti, yaxşı yaşaması, Azərbaycanın tərəqqisi, müstəqil olması üçün həsr edib”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Tahir Rzayev deyib.O bildirib ki, Ulu Öndərin xidmətləri unudulmazdır: “Ümummilli Lider daim qəlbimizdədir. Çünki Onun ideyaları, baxışları düşüncələri daim bizimlədir. Məhz həmin düşüncələr Azərbaycan xalqını daha yaxşı, firavan yaşamağa və çalışmağa ruhlandırır. Azərbaycan prezidenti İlham Əliyev də məhz bu ideyaları əldə rəhbər tutaraq ölkəmizin daha da inkişaf etməsi, beynəlxalq arenada öz sözünü deməsi naminə mühüm addımlar atır”.T.Rzayev qeyd edib ki, Ümummilli Liderin ölkəmizin inkişafında misilsiz xidmətləri var: “Ulu Öndər hakimiyyətdə olduğu istənilən dövrdə Azərbaycanın inkişafı naminə çalışıb. Bunu həm Sovet dönəminə, həm də müstəqillik tariximizə baxdıqda görmək mümkündür. Hər iki dövrdə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycan ən qabaqcıl respublikalardan birinə çevrilib. Azərbaycan nəinki regionda, bütün dünyada tanınıb”.Deputatın sözlərinə görə, Ümummilli Lider SSRİ Nazirlər Sovetinin sədr müavini olarkən də Azərbaycana öz diqqət və qayğısını göstərib: “Burada çoxsaylı sənaye müəssisələri, istehsal, xidmət sahələri açıldı ki, bu da Azərbaycan xalqının rifahı və onun sağlam yaşayışına xidmət edirdi. Sonrakı dövrlər hər birimizin göz qabağında idi. Hər kəsə məlumdur ki, Ulu Öndər yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqillikdən danışa bilməzdik”.90-cı illərin əvvəlində baş verənlər hər birimizin yadındadır. O zaman insanların bir-birini təqib, təhqir etməsi, qanların axıdılması, torpaqların işğal olunması bir fakt idi. Məhz Ulu Öndərin hakimiyyətə gəlişi ilə bu məsələlərə son qoyuldu. Ölkədə sabitlik yarandı, dünya ilə hesablaşan bir rəhbərin çağırışları ilə yeni müqavilələr imzalandı və bunların nəticəsində də ölkəmiz çətinliklərdən çıxdı. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan inkişaf etmiş bir respublikaya çevrildi. Ümummilli lider cismani olaraq dünyasını dəyişsə də, ruhən bizimlədir” - deyə, T. Rzayev qeyd edib.Deputat əlavə edib ki, Ulu Öndərin xidmətləri təkcə Azərbaycan üçün deyil, bütün dünya üçündür: “Çünki, dahi şəxsiyyət ən mötəbər kürsüdən insanların azadlığı, dünyada sülhün, əmin-amanlığın yaradılması üçün öz səsini ucaldıb və buna nail olub. Bu ideyalar dünya insanları tərəfindən yüksək qiymətləndirilir. Bir sözlə desək, nə qədər Azərbaycan var Ümummilli Liderin ideyaları olacaq və bu ideyalar ölkəmizi, xalqımız daha da irəliyə aparacaq”.

sia.az

Digər xəbərlər