Siyasət

  • 2 899

Ümummilli Liderin xatirəsi Berlində yad edilib

image

Azərbaycanın Almaniyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Ulu Öndərin büstü önünə əklil qoyub və tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.Daha sonra R.Həsənov Ulu Öndərin həyat yolundan, dövlətimiz və xalqımız qarşısındakı unudulmaz xidmətlərindən bəhs edən məruzə ilə çıxış edib. O, öz çıxışında Heydər Əliyevin keçdiyi həyat yolunun dövrlərinə nəzər salıb, Ulu Öndərin hər bir dövrdə Azərbaycanın inkişafı və rifahına mühüm töhfələr verdiyini bildirib.Səfir mürəkkəb siyasi proseslərin cərəyan etdiyi və Ermənistanın hərbi işğalı ilə üzləşdiyimiz bir zamanda Azərbaycanın təlatümlərdən və fəlakətlərdən xilas edilməsinin Heydər Əliyevin müdrikliyi nəticəsində mümkün olduğunu iştirakçıların diqqətinə çatdırıb və ölkəmizin bugünkü uğurlarına görə məhz Heydər Əliyevə borclu olduğunu vurğulayıb. O, Heydər Əliyevin müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasını qoyduğunu qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hazırda da uğurla davam etdirilən bu siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyini bildirib.Tədbirin sonunda Ulu Öndərin vəfat günü ilə əlaqədar ehsan süfrəsi açılıb.Tədbirdə Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan tələbələr və gənc tədqiqatçılar, səfirliyin əməkdaşları iştirak ediblər.

sia.az

Digər xəbərlər