“Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib.

"Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında YAP Pirallahı rayon təşkilatının fəalları, idarə heyəti və partiyanın Pirallahı rayon təşkilatı aparatının əməkdaşları iştirak etmişdilər.
Aksiya çərçivəsində 500-dən çox ağac əkilmiş, eyni zamanda park və xiyabanlarda çoxlu gül kolları basdırılmışdır. Əkilən ağaclar və gül kolları suvarılmışdır. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ağacəkmə kampaniyası dövründə Tədbirlər Planına müvafiq olaraq, mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.

yap.org.az