İstanbulda Ulu Öndərin xatirəsi yad olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin əziz xatirəsi yad edilib, məzarı önünə əklil və gül dəstələri düzülüb.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun kollektivi, bu şəhərdə fəaliyyət göstərən digər dövlət qurumlarımızın təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər, şəhər ziyalıları, KİV və QHT təmsilçiləri Ulu Öndərin xatirəsinə ehtiram göstəriblər.
Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri qoyulub, xatirəsi yad olunub.

yap.org.az