Çavuşoğlu: "ABŞ-ın qəbul etdiyi qərar bizim üçün yox hökmündədir"

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin toplantısı işini davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tədbirdə açılış nitqi ilə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud çavuşoğlu bildirib ki, toplantının əsas məqsədi zülmə "dur" deməkdir. ABŞ-ın Qüdsə bağlı qəbul etdiyi qərarın insanlıq vicdanını dərindən yaraladığını ifadə edən Çavuşoğlu söyləyib ki, bu addım İsrailin Qüdsü işğal etməsinin qanuniləşdirilməsinə hədəflənib.Çavuşoğlu qeyd edib ki, İslam ümmətinin bu məsələyə səssiz qalması gözlənilsə də, biz heç zaman susmayacağıq: "Bu, zorakılıq sülh ehtimalını və ortaq həyat zəmnini yox etdi. ABŞ-ın qəbul etdiyi qərar bizim üçün yox hökmündədir".Türkiyə dövlət başçısının "Qüdsə sahib çıxaq" mesajını xatırladan XİN başçısı söyləyib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü öz qərarlarını pozur: "Bu baxımdan hamımız birgə mübarizə aparmalıyıq. Bir tərəfdə işğalçı vəziyyətində olan İsrail, digər tərəfdə isə torpağı zəbt edilən Fələstin var. Hazırkı zamanda Fələstin dövlətinin tanınmasının sülh yolu ilə həyata keçirilməsi mümkün deyil, Qüdsü Fələstinin paytaxtı kimi tanıyan bizlər bu dövlətin sərhədlərini və paytaxtının Qüds olduğunu digər ölkələrə də tanıtmalıyıq".Çavuşoğlu çıxışında fələstinliləri birliyə çağıraraq onlara bu yolda mübarizə aparmağı, bu mübarizədə öz hüquq xəttlərindən ayrılmamağı və buna icazə verməməyi tövsiyə edib.

sia.az