Tahir Rzayev: Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır

«Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, qeyri-neft sektorunun tərkibində sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, sərmayə qoyuluşlarının artması, qeyri-neft ixracının artırılması və digər məsələlər əsas yer tutur. Onun sözlərinə görə, bu prioritetlərin hər birinin inkişafı ilə bağlı müxtəlilf proqramlar həyata keçirilir.
«Şübhəsiz ki, əsas hədəf ümimi daxili məhsulun artımına, məşğulluğun səviyyəsinin artımına və əhalinin həyat səviyyəsinin daha da artırılmasına nail olmaqdır. Ən mühüm hədəflərin biri ixrac bazarlarının araşdırılması və Azərbaycan məhsullarının bu bazarlara girişi üçün maneələrin aradan qaldırılmasıdır. Digər tərəfdən, xarici bazarlarda sərt rəqabət şəraitinin mövcudluğu ölkə daxilində istehsalatda ən müasir texnologiyaların tətbiqini və innovativ üsüllardan istifadəni labüd edir»- deyə, deputat qeyd edib.

yap.org.az