YAP Qax rayon təşkilatının üzvləri ağacəkmə kampaniyasına fəal qoşulublar

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə partiyanın Qax rayon təşkilatı “Hərəmiz bir ağac əkək” kampaniyasına start verib.

Dekabrın 14-də keçirilən ilk ağacəkmə aksiyasında rayonun Kiçik Alatəmir kəndinin ərazisində iki mindən çox fındıq tingi əkilib. Yeni əkilən tinglərə aqrotexniki qaydada qulluq olunub.
Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada partiyanın rayon təşkilatının üzvləri, həmçinin rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi yaxından iştirak ediblər.
YAP rayon təşkilatının tədbirlər planına uyğun olaraq, 2018-ci ilin mayınadək rayon ərazisində 4500 ağacın əkilməsi nəzərdə tutulur.
yap.org.az