Deputat: "Ermənistanın vəziyyəti daha da ağırlaşacaq" AÇIQLAMA

"Ermənilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, Azərbaycan tərəfi xüsusilə də Ölkəmizin başçısı Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyək: "Bu baxımdan da əgər danışıqlar prosesində irəliləyiş olmasa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq. Bu isə o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq".E. Məmmədov qeyd edib ki, hazırda Ermənistan dərin böhran içərisindədir: "Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Üstəlik, Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edəcək. Bu mövqe dövlətimiz tərəfindən dəfələrlə bəyan olunub".

sia.az