Nizami rayonunda “Hərəyə bir ağac əkək” aksiyası

Nizami rayon icra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiyada partiya fəalları, könüllülər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı 600-ə yaxın ağac əkilib.Ümumiyyətlə, cari ilin oktyabrından başlanan “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində indiyədək Nizami rayonu ərazisində 1000-ə yaxın müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib.

Gələn ilin martınadək davam edəcək aksiya çərçivəsində rayon ərazisində daha 1000 min ağacın əkilməsi nəzərdə tutulur.

sia.az