YAP-ın 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən artıq ağac əkilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar partiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirdiyi “700 min ağac əkək” kampaniyası uğurla davam edir. Ümumiləşdirməyə əsasən, partiyanın rayon və şəhər təşkilatları tərəfindən dekabrın 15-dək “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən cox ağac əkilmişdir.

Noyabrın 11-də start götürmüş və bu gün uğurla davam edən ağacəkmə aksiyası Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində, yəni gələn ilin may ayına qədər davam edəcəkdir. Partiya üzvlərinin sayına müvafiq olaraq 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.

yap.org.az