Siyasət

  • 9 628

Radikal müxalifət nümayəndələrinin, "beşinci kolon"un və internet trollarının qara piar kampaniyası iflasa uğramağa məhkumdur

image

Qərbin maliyyəsi və direktivləri ilə fəaliyyət göstərən Azərbaycanın dağıdıcı müxalifət nümayəndələri, "beşinci kolon" və internet trolları bu gün də iş başındadırlar. Onlar Qərb dünyasının eybəcərliklərini ört-basdır etmək üçün mövcudluğu təbii xarakter daşıyan problemləri ictimailəşdirməklə ictimai fikirlə manipulyasiya etməyə çalışırlar. Xüsusilə də, hansısa dağ kəndinin 5-10 il bundan əvvəl mövcud olmuş problemlərini qabartmaqla ictimai əhval-ruhiyyəni mənfi tonda yükləməyə cəhdlər göstərirlər. Bunun əvəzində isə xaricdən külli miqdarda qrant alan Əli Kərimli, Qənimət Zahid, Orduxan Temirxan və başqaları, eyni zamanda, erməni lobbisinin, Ermənistanın da informasiya müharibəsinə özlərinə məxsus şəkildə dəstək vermiş olurlar. Amma sabun köpüyü olduğundan, bütün bunların təsiri çox sürmür və tezliklə ictimaiyyət həmin informasiyaların yalan olduğuna şahid olur.

Müəyyən müddətdir ki, Azərbaycan əleyhinə çalışan qlobal trollar şəbəkəsinin nümayəndələri hansısa dağ kəndinin yolunu çəkib sosial şəbəkələrdə yerləşdirməsi, Avropanın mərkəzi yolları ilə müqayisə aparması, təbii olaraq, maliyyələşdiyi Qərb siyasi dairələrinin maraqlarından çıxış etməsi tendensiyasını müşahidə edirik. Bu dəfə də onların fəaliyyətinin, ictimai fikrə təsir etmək cəhdlərinin sabun köpüyündən başqa bir şey olmadığını isbatlamaq üçün Azərbaycan dövlətinin ölkədəki yol-nəqliyyat infrastrukturu ilə bağlı fəaliyyətinə nəzər salmağı özümüzə borc bildik. Belə ki, Azərbaycanda, ümumilikdə, respublika əhəmiyyətli 20 min km yol var. Həmin yolların da təqribən 10 min km kəndlərarası yollardır. Bu günə qədər isə, artıq 11 km yol qurulub, düzəldilib.
1700 kilometr olan avtomobil yolları, küçə və prospektlər tikilib, yenidən qurulub təmir olunub. Təkcə Bakı şəhərindəki yollarda 26 yeni körpü və 8 piyada keçidi tikilib istifadəyə verilib.
2017-ci ilin oktyabr ayına olan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev ötən yaxın dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış və təməlqoyma mərasimlərində iştirak edib. Kəndlərarası "40 yol" layihəsi çərçivəsində kənd yolları da artıq təmir olunmağa başlanılıb. Bu günədək 3 milyon əhalinin yaşadığı 500-ə yaxın yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1030 kilometr olan 56 layihənin icrası da, artıq başa çatıb. Prezident tərəfindən imzalanmış 81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,6 milyon əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1.816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işləri davam etdirilir. Hətta 2018-ci ilin ilk günlərində belə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kənd yollarının bərpasına, yenidən düzəlməsinə milyonlarla vəsait ayırıb. Hətta Cocuq Mərcanlıya gedən yol da bərpa edilib. Yeni qurulmuş bu yol Cocuq Mərcanlı daxil olmaqla Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli və İmanverdi kənd sakinlərinin də gediş-gəlişini xeyli yaxşılaşdırıb.
Azərbaycan əleyhinə aparılan qara piar kampaniyası ürək bulandırsa da, effektsiz olaraq qalır və bundan sonra da qalacaq. Heç təsadüfi də deyildir ki, Avropa ölkələrində də, ABŞ-da da yollarda problemlər var. Çünki yol daimi istifadədə və texnogen proseslərin güclü təsiri altında olduğundan, yenidən qurulmaya ehtiyacı olur. Bu səbəbdən də, Almaniyada da, ABŞ-da da və başqa ölkələrdə də yollar sıradan çıxır və dövlət heç bir qarşılıq gözləmədən problemlərin aradan qaldırır. Elə Azərbaycan dövləti də çalışır ki, vətəndaşları daimi rahat yaşayışı üçün yollar düz və təmirli olsun. Amma bir məsələ dəyişməz olaraq qalır ki, Azərbaycanın dağıdıcı müxalifət nümayəndələrinin, "beşinci kolon"un və internet trollarının qara piar kampaniyası iflasa uğramağa məhkumdur. Yalan və şər-böhtan üzərində qurduqları təbliğat bumeranq effekti verərək, elə özlərini ifşa etməkdədir. Əminik ki, ictimaiyyət də bu məsələyə öz münasibətini bildirəcək və Azərbaycan əleyhinə çalışan qlobal trollar şəbəkəsinin nümayəndələrini saxta informasiya təbliğatına görə qınayacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər