Siyasət

  • 4 416

"2018-ci ili danışıqlar üçün çox əlverişli il ola bilər" ŞƏRH

image

“Bildiyiniz kimi bu il həm Azərbaycan, həm Ermənistan həm də Rusiyada seçkilər keçiriləcək. Belə olan halda, 2018-ci ildə danışıqlar prosesi ilə əlaqədar əlverişli şəraitin olduğunu demək mümkün deyil”. Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli deyib.Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin taleyinin həm Ermənistan, həm də Rusiyadan daha çox asılı olduğunu deyən politoloq söyləyib ki, bütün bunlarla yanaşı, müsbət məqamların da olduğunu da vurğulamaq olar: “Belə ki, Avropa Birliyi problemin həlli ilə əlaqədar danışıqlar prosesinin sürətləndirilməsini tələb edir. ABŞ-da bu mövqedə dayanır. Danışıqlarda problemin həlli ilə bağlı müsbət yanaşmaların çoxaldığının şahidiyik. Rusiya və Ermənistanın problemin həlli ilə əlaqədar müəyyən əngəllər yaratmasına baxmayaraq, dünya münaqişənin həllini tələb etməkdədir. Proses belə davam etsə, o zaman danışıqlar prosesində müsbət dinamikanın artacağını gözləmək mümkündür”.Q. Hüseynlinin fikrincə, danışıqlarda ən zəruri məsələ kompromisə gəlməkdir: “Güman edirəm ki, Ermənistanda prezident seçkilərinə, yəni mart-aprel aylarına qədər məsələnin həlli ilə bağlı hər hansı müsbət addım gözləmək mümkün deyil. Amma seçkilərdən sonra Sarkisyan siyasi hakimiyyətdən getsə, o zaman danışıqlar prosesində dinamiklik arta bilər. Çünki Karapetyan ölkədə əsas söz sahibinə çevriləcək. Onun problemlərə yanaşması Sarkisyanın yanaşmasından müəyyən qədər fərqlənə bilər”.Politoloq qeyd edib ki, bu il Rusiyanın özündə də problemə yanaşma tərzində müəyyən dəyişikliklərin olacağını proqnozlaşdırmaq mümkündür: “Rusiya-Azərbaycan münasibətləri möhkəmlənir və yeni-yeni çalarlarla zənginləşir. Bu nöqteyi-nəzərdən Rusiyanın yanaşmasından müsbət nəsə gözləmək olar”.Q. Hüseynli əlavə edib ki, ümumiyyətlə əksər ekspertlər, ölkələr 2018-ci ili danışıqlar üçün çox əlverişli hesab edirlər: “Ona görə də, Azərbaycanın xarici siyasəti bu istiqamətdə fəallığını artırmaqdadır. Bildiyiniz kimi yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nəzərdə tutulur . Bu görüşdə prezidentlərin görüşünü hazırlamaq əsas məqsədlərdən biridir. Ola bilsin bu görüşdən danışıqlar prosesinə təkan verə biləcək nəticələr çıxsın. Sarkisyan dövrünə çox ehtiyatla yanaşmağın tərəfdarıyam. Amma hər halda, bu məsələdə müəyyən irəliləyişlərin olacağını təxmin edirəm”.

sia.az

Digər xəbərlər