Siyasət

  • 4 274

YAP Sabunçu rayon təşkilatında gənclərlə görüş keçirildi

image

Mehriban Abasquliyeva: "Gənclərimizin uğurlu fəaliyyətləri göz önündədir"

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası günü-gündən gəncləşir və təşkilatın hər bir gənc üzvü partiyanın veteran üzvlərinə, ağsaqqallarına dəyər verməklə, onun fəaliyyətində yeni nəfəs gətirirlər. "Bu gün mən tədbirimizdə iştirak edən gənclərimizi gördükcə, onların hər birində çox gözəl əhval-ruhiyyənin olduğunu müşahidə edirəm"-deyə qeyd edən rayon təşkilatının sədri qeyd edib ki, buna əsas səbəb dövlətimizin, dövlət rəhbərliyimizin gənclərə göstərdikləri diqqət və qayğı faktorudur: "Bu gün Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir. O cümlədən, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın da bu istiqamətdəki fəaliyyəti hər bir gəncimizdə böyük ruh yüksəkliyi yaratmaqdadır. Bu gün biz əminliklə deyə bilərik ki, gənclərimiz daim Onların nəzərləri altındadırlar".
Mehriban Abasquliyeva gənclərimizin sosial şəbəkələrdə də ölkəmizin və dövlətçilik maraqlarımızın qorunması, təbliği istiqamətində fəal olduqlarını deyərək, vurğulayıb ki, bəzilərindən fərqli olaraq, YAP-ın gənc fəalları sosial şəbəkələrə yalnız istirahət və əyləncə məqsədi ilə deyil, o cümlədən, Vətənimizin dünyaya inkişaf və tərəqqi reallıqlarını çatdırmaqla, o cümlədən, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavablar verməklə, daxil olurlar və bunun uğurlu nəticələri də göz önündədir: "Bu gün hər bir gənc özünə sual verməlidir ki, "mən Azərbaycan üçün nə edə bilərəm?" Bəli, bizim çox gözəl gənclərimiz var ki, onlar ölkəmizi müxtəlif mühüm beynəlxalq tədbirlərdə, mədəniyyət və idman sahələrində uğurla təmsil edirlər. Biz, bunu Avroviziya Mahnı Müsabiqəsində, Birinci Avropa Oyunlarında, Dördüncü İslam Həmrəyliyi Oyunlarında və başqa kütləvi tədbilərdə müşahidə etmişik. Gənclərimizin uğurlu fəaliyyətləri nəticəsində, bizim üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanır".
YAP Sabunçu rayon təşkilatının sədri partiyanın rayon təşkilatında təmsil edilən gənclərin də bir çox uğurlara imza atdıqlarını bildirərək, deyib ki, bu, çox önəmli bir haldır. "Sizin hər birinizin uğurunuz, bizim uğurumuzdur"- bildirən Mehriban Abasquliyeva partiyanın rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımovu tribunaya dəvət edərək, onun gənclərə Yeni Azərbaycan Partiyasının yaranması tarixindən və hansı çətin dövrləri geridə buraxması barədə xatirələrini bölüşməyi təklif etdi.
Bəxtiyar Qasımov partiyanın yaranması tarixindən, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə apardığı müdrik və qətiyyətli siyasətindən, xalqı və dövləti üçün xilaskarlıq missiyasını hansı çətinliklərlə həyata keçirməyindən bəhs edərək bildirdi ki, məhz həmin vaxtlar onun gənc yaşlarına təsadüf edirdi.
B.Qasımov ölkəmizi təhlükəyə atan həmin qüvvələrin bu gün müxalifətçilik adı altında hələ də xəyallar qurduqlarını deyib və bildirib ki, Azərbaycan xalqı bu kimi satqınları və xəyanətkarları heç vaxt qəbul etməyib, bundan sonra da qəbul etməyəcək və Azərbaycan gəncliyi inkişafın, tərəqqinin, dövlətçilik maraqlarının, yüksələn və artan uğurların tərənnümçüsü olaraq, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəklər.
YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin üzvü Orxan Daşdəmirli çıxışında gənclərin uğurlu fəaliyyətindən və qarşıda dayanan vəzifələrdən bəhs edərək, bundan sonra da uğurlara imza atacaqlarını qeyd etdi. O bildirdi ki, hər bir Azərbaycan gənci Yeni Azərbaycan Partiyasının fəaliyyətinə öz uğurlu töhfələrini verməklə, ölkəmizin inkişaf və tərəqqisində fəallıq sərgiləməli və yeni-yeni nailiyyətlər qazanmalıdır.
Görüşün sonunda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva gənclərə bir sıra tövsiyə və tapşırıqlarını verərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər