Siyavuş Novruzov: ““Səs” qəzeti müstəqil Azərbaycanın bir tarixidir” AÇIQLAMA

“Səs” qəzetinin müstəqil Azərbaycanın mətbuat tarixində xüsusi rolu və yeri var. O zamanlar Azərbaycanda nəşr olunan qəzetlər arasında “Səs” qəzeti barmaqla sayılan qəzetlərdən idi. Bu qəzet çox böyük tirajla nəşr olunurdu və əl-əl gəzirdi. Mən qəzetin ilk yaradıcılarından, orada çalışan biri, “Əlincə“ Xeyriyyə Cəmiyyətinin məsul katibi və bu qəzetin çıxmasına məsul bir şəxs kimi deyə bilərəm ki, Ümummilli Lider Heydər Əliyevin səsini bütün dünyaya məhz “Səs” qəzeti çatdırırdı”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Səs” qəzetinin işıq üzü görməsinin 27 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib.Onun sözlərinə görə, o zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokadaya alınmışdı: “Yadımdadır ki, qəzet o informasiyanı yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi. Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider Heydər Əliyevin adı gəlirdisə dərhal o səhifəni çıxarırdılar və yayımlanmasına imkan vermirdilər. Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu. “Səs” qəzeti o zamanki iqtidarlar, demokratiyadan dəm vuranlar tərəfindən bir neçə dəfə bağlanıb. Hətta qəzetin binasın bir neçə dəfə basqınlar olmuşdu, redaksiya dağıdılmışdı və əməkdaşlarına xəsarətlər yetirilmişdi. Azərbaycanın tanınmış ziyalılarının Ulu Öndərlə bağlı yazıları məhz “Səs” qəzetində dərc olunub. Yəni bu qəzet müstəqil Azərbaycanın bir tarixidir və öz yolu, izi vardır. Təbii ki, bu gün də o yol uğurla davam olunur və genişlənir.Bu gün artıq SƏS Media Qrupun tərkibində “Səs” İnformasiya Agentliyi, “Səs” internet televiziyası fəaliyyət göstərir. Hesab edirəm ki, qəzet tarixdə özünün ən əsas və vacib rolunu həyata keçirib və bu gün də o yol davam etdirilir. Yeni Azərbaycan Partiyasının bütün tədbirləri, o cümlədən cənab Prezidentimizin apardığı siyasət, ölkəmizdə baş verən hadisələr “Səs” qəzetinin səhifələrində çox geniş şəkildə işıqlandırılır. Mən “Səs” qəzetinin kollektivini ürəkdən təbrik edirəm və özümü də onlardan ayırmıram. Çünki biz hamımız özümüzü bu qəzetin əməkdaşı hesab edirik”.

sia.az