Siyasət

  • 3 773

“Bu, çox önəmli və mühüm bir hadisədir” MÜNASİBƏT

image

“Cənab Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi çox önəmli və mühüm bir hadisədir. Bu həm də o deməkdir ki, Azərbaycan dövlətinin dövlətçilik ənənəsinin müasir dövrdə 100 illik tarixi var”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, müsəlman dünyasında, şərq aləmində ilk dəfə Azərbaycanda Cümhuriyyətin qurulması bir faktdır: “Cənab Prezidentin verdiyi Sərəncam tariximizin və demokratik ənənələrimizin təbliğinə, milli şüurun yüksəlişinə, dövlətimizə məhəbbətin və inamın artmasına təkan verən sanballı töhvə olacaq. Cümhuriyyətimizi quran ulu babalarımız yad ediləcək. Yaşasın bütöv və müstəqil Azərbaycan. Tanrı bizim xalqa müstəqil Azərbaycanın 1000 illik tarixini qeyd etməyi nəsib etsin!”.Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

sia.az

Digər xəbərlər