Siyasət

  • 4 629

Əflatun Amaşov: “Dövlətimiz və xalqımız hər zaman var olsun!” MÜNASİBƏT

image

“Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinə dair Sərəncamı bu dəyərə ehtiramın bariz nümunəsi, dövlətçilik ənənələrimizə sadiqlik ruhunun mühüm göstəricisidir. Bu Sərəncam həmçinin birlik, bütövlük və həmrəylik çağırışımızdır. Uca Tanrı Cümhuriyyət ilimizi xalqımız və dövlətmiz üçün düşərli eləsin. Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hər zaman var olsun!”.Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

sia.az

Digər xəbərlər