Siyasət

  • 4 450

Deputat: “Hər bir ölkə ədaləti və beynəlxalq hüququ dəstəkləməlidir” AÇIQLAMA

image

“Avropa seperatizm nədir və onun nəticələrinin necə olacağı haqda xəbərsiz idi. Ona görə də separatizmdən əziyyət çəkən ölkələrə loyal münasibət göstərirdi. Azərbaycan hər dəfə deyəndə ki, torpaqlarımız separatistlər tərəfindən işğal olunub, Avropa İttifaqı üzdə bizim istəyimizə "hə" desə, də altda heç bir münasibət bildirilmirdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, İspaniyanın Katoloniya vilayətində separatçıların baş qaldırmış müstəqillik arzuları sanki Avropa ölkələrini qış yuxusundan oyatdı: “Onlar gördülər ki, vaxtında separatçıların qarşısı alınmasa nəticələri ağır olacaq. Ona görə də Avropada separatizmin baş qaldırılması beynəlxalq ictimaiyyətə siqnal oldu. Məhz Avropada separatizm meylləri baş qaldırandan sonra Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" ölkələrinin sammiti çağırıldı və orada Avropa İttifaqı "Şərq Tərəfadaşlığı"na daxil ölkələrin ərazi bütövlüyünün tanıdığını və separatizm meyllərin təsiri ilə mövcud dövlət sərhədlərinin dəyişdirilməsi yolverilməz olduğunu qeyd olunan bəyənnamə qəbul olundu. Düşünürəm ki, hər bir ölkə ədaləti və beynəlxalq hüququ dəstəkləməlidir. Əks halda özləri ədalətsizliklə üzləşə bilərlər”.

sia.az

Digər xəbərlər