Siyasət

  • 6 067

Ağabəy Əsgərov: ““Səs” qəzeti dinamik şəkildə inkişaf edir” MÜNASİBƏT

image

““Səs” qəzetinin 27 illik şanlı tarixində mənə də bir xoşbəxtlik nəsib olub. Çünki “Səs” qəzetinin 13 il ərzində baş redaktoru olmuşam. Qəzet əvvəl yaranan dövrdə həftədə bir dəfə dərc olunurdusa, hazırda gündəlik, çoxtirajlı bir qəzet kimi fəaliyyət göstərir”. Bunu SİA-ya açıqlamasında "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov deyib.Baş redaktorun sözlərinə görə, “Səs” qəzeti ilk dövrlərində bir neçə dəfə o zamanki hakimiyyət tərəfindən bağlanıb: “O zaman vəziyyət çox ağır idi, biz hər gün ciddi təzyiqlər altında işləyirdik. İlk dəfə Ayaz Mütəllibovun vaxtında, daha sonra Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə qəzetə qarşı bir çox təzyiqlər və təqiblər olmuşdu. Amma buna baxmayaraq həmişə “Səs” qəzetinin birmənalı mövqeyi olub və bir xətt üzrə gedib. Qəzet həmişə Azərbaycan dövlətinin, dövlətçiliyinin mənafeyində dayanan bir mətbu orqan olub. Bu gün “Səs” qəzeti dinamik şəkildə inkişaf edir. Qəzetin çox yaxşı, mütəşəkkil, yüksək səviyyəli bir kollektivi vardır. “Səs” qəzeti bundan sonra daha çox inkişaf edəcək”.

sia.az

Digər xəbərlər