Siyasət

  • 4 501

Millət vəkili: “Azərbaycanın mövqeyi qətiyyətlidir və güclüdür” AÇIQLAMA

image

“Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin “Aprel hadisələrindən sonra müxtəlif şərtlər irəli sürən Ermənistan heç bir şərt olmadan danışıqlar masası arxasına oturmağa məcbur olub”, fikirləri tamamilə reallığı əks etdirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, bütün bunlar onun göstəricisi sayılır ki, Azərbaycanın mövqeyi qətiyyətlidir və güclüdür: “Bu məsələdə bir çox amillər var. Cənab Prezidentin də qətiyyətli mövqeyi onu göstərir ki, artıq Ermənistan yalançı fikirlərinə, siyasətinə son qoymalıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Azərbaycanın mövqeləri beynəlxalq aləmdə daha da güclənir, ölkəmizin öz siyasətini həyata keçirmək imkanı var və onu da edəcək. Bununla belə Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə məhz beynəlxalq hüquq prinsiplərinə söykənərək cənab Prezidentin rəhbərliyi altında bərpa ediləcəkdir”.R.Rzayev əlavə edib ki, 2017-ci ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə “Şərq Tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsi də Azərbaycanın mövqeyinin haqlı olduğundan xəbər verir: “Bu, bir növ Azərbaycan siyasətinin dünya siyasətində qəbul olunmasıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam haqqı var. Məhz beynəlxalq hüquq prinsipləri də bunu deyir”.

sia.az

Digər xəbərlər