Siyasət

  • 6 144

"AXC ili"nin elan olunması tarixi əhəmiyyətə malikdir" AÇIQLAMA

image

“2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması çox böyük tarixi əhəmiyyətə malik bir qərardır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.Ötən əsrin əvvəllərində müsəlman şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradıldığını xatırladan millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı haqlı olaraq öz tarixi ilə fəxr edir: "Həmin dövrdə cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox tarixi bir missiyanı yerinə yetirdi, o dövrdə hətta bir sıra Qərb dövlətlərindən də əvvəl demokratik islahatlar həyata keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etdi".2018-ci il ərzində "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində mühüm tədbirlərin keçiriləcəyini deyən millət vəkili S.Qafarova bildirib ki, bu tədbirlər Azərbaycanın dövlətçilik tarixinin, xalqımızın ənənələrinin öyrənilməsi və təbliğ olunmasına, o cümlədən gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə, vətənpərvərlik ruhunda tərbiyyə olunması işinə töfhə verəcək.Sahibə Qafarova deyib ki, Ulu Öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. "Xatırlatmaq istərdim ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin, Cümhurriyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq olduğunu və bu ənənələri uğurla yaşatdığını, demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini sübut edib", - deyə Sahibə Qafarova qey edib.

sia.az

Digər xəbərlər