Siyasət

  • 4 057

Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib

image

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Mətbuatı Günü qeyd edilib. AZƏRTAC xəbər verir ki, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində bu münasibətlə KİV nümayəndələri ilə görüş keçirilib.“Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıb. O, agentliyin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyətinin peşəkar və obyektiv işıqlandırılmasına görə Azərbaycan və Rusiya jurnalistlərinə səmimi minnətdarlığını bildirib, bir qrup jurnalistə fəxri fərmanlar təqdim edib. Sonra gənc ifaçıların iştirakı ilə bayram konserti olub.

sia.az

Digər xəbərlər