Siyasət

  • 5 100

"Separatizm ölkələrin həyatını iflic vəziyyətinə salır” ŞƏRH

image

“Bu gün dünyanın bütün qitələrində separatizm meyilləri kifayət qədər aktivdir. Bizə yaxın Avropa və Asiya ölkələrində separatist hərakatlar davamlı olaraq özünü göstərməkdədir. İlk baxışdan stabil görünən Avropa ölkələri də bu hərakatlardan əziyyət çəkməkdədirlər.

Belçikada Flandriya və Valoniya, Bosna və Hersekdə serb və xorvat, İtaliyada Siciliya daxil olmaqla ümumilikdə 20 bölgədə, Böyük Britaniyada konfederasiyanın bütün üzv dövlətləri, İspaniyada Kataloniya və adlarını sadalamadığım onlarla separatizm ocaqları mövcuddur”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, dünyanın bütün ölkələrində potensial separatizm ocaqları mövcuddur: “Bu ocaqların alovlanması və vaxtaşırı fərqli bölgələrdə aktivləşməsi silah və narkotika biznesindən qazanc əldə edən qüvvələr tərəfindən idarə olunur. Bu yaxınlarda Kataloniyada baş verən hadisələr dünya ölkələri üçün növbəti bir xəbərdarlıq oldu. Ermənistanı çıxmaq şərtilə dünyanın bütün ölkələrində kompakt şəkilində yaşayan xalqlar mövcuddur. İdeoloji təbliğat ardıcıl və məqsədli şəkildə aparılarsa istənilən ölkədə bu meyilləri gücləndirmək və hətta tarix boyu əmin-amanlıq şəraitində yaşayan xalqları bir-birinə düşürərək silahlı qarşıdurmaya qədər gətirib çıxarmaq olar.V.Əfəndiyev əlavə edib ki, separatizm meyilləri ölkələrin bütün həyatı strukturlarını iflic vəziyyətə salır: “Dövlətlər onilliklərlə geridə qalırlar. İnsanlar qaçqın və məcburi köçkün vəziyyətinə düşürlər. Beynəlxalq ictimaiyyətin vəziyyəti normallaşdırmaq cəhdləri, əgər bu cəhdlər həqiqətən səmimi olsa belə öz bəhrəsini verə bilmir. Münaqişələr böyük müharibələrə yol açır. Yaxınlarını itirmiş insanlar isə sonradan birgəyaşayış barədə düşünmək belə istəmirlər. Dünyanın fərqli yerlərində baş qaldıran irili-xırdalı separatizm meyilləri dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsində qeyd etdiyi kimi “beynəlxalq ictimaiyyət üçün bir siqnal olmalıdır”.Qarabağ probleminin ədalətli həlli Avropa və Rusiyanın da maraqlarına uyğundur. Əks təqdirdə bu nümunə onların özünə də gəlib çatacaq”.

sia.az

Digər xəbərlər