Siyasət

  • 4 239

"Azərbaycan ordusu güclənməkdə davam edəcək" MÜNASİBƏT

image

“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da söylədiyi kimi Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək. Görülən işlərin nəticəsidir ki, dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan Silahlı Qüvvələri öz hərbi gücünü daha da artırmaqda davam edir”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov deyib.Azərbaycanın güclü, modern ordusu olduğunu deyən deputat söyləyib ki, ordumuz aprel döyüşlərində bir daha bunu sübut etmiş oldu: “Təbii ki, ordunun gücü ilk növbədə onun Ali Baş Komandanı, zabiti və əsgərindədir, ancaq biz ordumuzun müasir silahlarla təchiz olunmasını da diqqətdən kənarda qoya bilmərik. Azərbaycan bu istiqamətdə bir sıra dövlətlərlə əməkdaşlıq edir və ən müasir texnologiyaya əsaslanan silahlar alır və yenə də alacaq. Cənab Prezidentin Nazirlər Kabientinin iclasında da bunları bəyan etməsi və hər il yeni silahların alınmasına kifayət qədər vəsaitin ayrılması müsbət haldır və eyni zamanda, düşmən ölkəyə,onun havadarlarına bir mesajdır”.Azərbaycan Prezidentinin daim Dağlıq Qarabağ probleminin həlli, xüsusilə də sülh yolu ilə həlli üçün çalışdığını deyən B. Sadıqov qeyd edib ki, lakin münaqişənin həlli tək Azərbaycan tərəfindən asılı deyil: “Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması, eyni zamanda beynəlxalq təşkilatların işğalçı ölkəyə təzyiq və təsir göstərməməsi, sanksiya tətbiq edilməməsi nəticəsində münaqişə həll olunmur. Ona görə də biz bu problemin hərbi yolla həlli variantını diqqətdən kənarda saxlaya bilmərik”.

sia.az

Digər xəbərlər