Siyasət

  • 2 717

Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlıq genişləndirilir

image

Milli Məclisin deputatı Cavanşır Feyziyev bu gün Fransanın Strasburq şəhərinə səfərə gedəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olan millət vəkilimiz Strasburqda Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər çərçivəsində Avropa Parlamentinin rumıniyalı üzvü xanım Norika Nikolayinin Azərbaycanla bağlı hazırladığı məruzə layihəsi ətrafında, həmçinin Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq. Ümumilikdə Cavanşir Feyziyevin Avropa Parlamentinin 20-ə qədər üzvü ilə görüş keçirməsi gözlənilir.Sonra millət vəkili Parisə səfər edəcək. Burada o, Azərbaycan-Fransa Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü qismində Fransa Senatında bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ölkələrimiz arasında parlament əlaqələrinin hazırkı vəziyyəti və inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılacaq.

sia.az

Digər xəbərlər