Siyasət

  • 3 211

“İkili standartlara, ayrı- seçkiliyə yol vermək olmaz” ŞƏRH

image

“Hegemon dövlətlərin yürütdükləri ikili sdandartlar ona gətirib çıxarıb kı, bugün dünyada separatizm meylləri güclənib. Kataloniyada baş tutan referendum çox təhlükəli tendensiyanın baş qaldırdığını göstərmiş oldu. Belə çıxır ki, bu gün istənilən çoxluq kompakt halda yaşadığı ərazidə referendum keçirərək özünü müstəqil dövlət adlandıra bilər. Bu, hansı beynəlxalq hüquqdur? Hər bir dövlətin konstitusiyası var. Konstitusiya vətəndaşlar ilə dövlət arasında bağlanan bir müqavilədir. Kimin ixtiyarı var ki, dövlətin konstitusiyasını pozsun? Mərkəzin razılığı olmadan regionlar referendum keçirə bilməzlər. Biz illərdi ki, dünyaya bunu bəyan edirdik. Lakin, bizi eşidən yox idi. Nəticədə bu gün Avropanın əksər ölkələri separatizm meylləri ilə üz-üzədir”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, qərb separatizm məsələsində yekdil fikrə və siyasətə malik olmalıdır: “Baxmayaraq ki, beynəlxalq hüquq bu məsələdə yekdil fikrə malikdir, praktikada isə, biz bunun əksini görürük. Bəzi ölkələrdə baş qaldıran separatizmə qarşı sərt davransalar da, məsələ Azərbaycana gəldikdə bunu etmirlər. Qərb məsələ Gürcüstan və Ukraynaya gəldikdə beynəlxalq hüquqdan danışırsa, bizim məsələdə kompromis, sülh kimi cümlələrə vurğu edərək qeyri – obyektiv olduğunu göstərmiş olur. Franda, Böyük Britaniya, İspaniya, İtaliya, Belçika kimi dövlətlər anlamalıdırlar ki, növbə onlara da çatacaq. İstər separatizm, istər terrorizm çox təhlükəli məsələlərdilər, bu məsələdə ikili standartlara, ayrı – seçkiliyə yol vermək olmaz”.Politoloq əlavə edib ki, Kataloniyada baş tutan referendum, katalonların müstəqillik qazana bilməmələri ermənilərə və onlar kimi separatçılara çox böyük zərbə vurmuş oldu: “Ermənilər anlamalıdırlar ki, onların öz dövlətləri var, həm də bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub. Artıq tarixi şərait də dəyişib. Onların xəyal etdikləri Böyük Ermənistan heç vaxt qurulmayacaq. Hesab edirəm ki, XXI əsrin sonlarına yaxın biz Böyük Azərbaycan görəcəyik haraya ki, qədim torpaqlarımız olan İrəvan və başqa bölgələr də qatılacaqlar. Bunu demək üçün kifayət qədər əsaslar var. Vaxt bizim lehimizə işləyir. Sadəcə bir qədər səbrli olmaq lazımdır”.Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır.

sia.az

Digər xəbərlər