Siyasət

  • 3 733

YAP Samux rayon təşkilatının idarə heyətinin toplantısı keçirilib

image

Toplantıda 2018-ci ilin I rübündə görüləcək işlər haqqında tədbirlər planı təsdiq olunub

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının idarə heyətinin yığıncağı keçirilib. Yığıncaqda rayon təşkilatının 2017-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib və 2018-ci ilin I yarımilliyində görüləcək işlərə dair tədbirlər planı müzakirə olunub.
Yığıncağı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 2017-ci ilin rayon təşkilatı üçün uğurlu il olduğunu vurğulayaraq, qeyd edib ki, rayon təşkilatı 2017-ci ilin I və II yarımilliyi üçün hazırlanmış iş planına müvafiq qaydada fəaliyyətini qurub. "Təşkilatin fəaliyyətində əsas istiqamətlər ölkəmizin sosial, siyasi, mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nailiyyətləri, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttinin ictimaiyyət arasında geniş izahı və təbliğ edilməsi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin hazırlanması və həyata keçirilməsi, təşkilatın VII konfransına hazırlıq işlərinin aparılması və uğurla başa çatdırılması, partiyanın Proqram prinsiplərinin izahı və təbliği, YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması, təşkilatın ərazi ilk partiya təşkilarları ilə əlaqələrinin daha da genişləndirilməsi və digər cari işlərin yerinə yetirilməsi olmuşdur"-deyə qeyd edən rayon təşkilatının sədri, həmçinin, bildirib ki, bu istiqamətdə fəaliyyətlər davam etdirilir və qarşıda dayanan bütün vəzifələr uğurla həyata keçirilməkdədir.
Sonra yığıncaqda YAP Samux rayon təşkilatının gənclər birliyinin sədri Arif Ağayev çıxış edərək, təşkilatın sosial şəbəkələrdəki fəaliyyətindən danışıb. O, qeyd edib ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir.
Yığıncaqda idarə heyətinin üzvləri çıxışlar edərək, tədbirlər planına öz rəy və təkliflərini əlavə ediblər. Müzakirə və təklifləri nəzərə alaraq yığıncaq YAP Samux rayon təşkilatının 2017-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirərək, 2018-ci ilin I rübündə görüləcək işlər haqqında tədbirlər planını təsdiq edib.

Rövşən RƏSULOV

Digər xəbərlər