Siyasət

  • 5 789

"Azərbaycanda cümhuriyyət qurucuları hər zaman böyük ehtiramla yad olunur" AÇIQLAMA

image

"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi tariximizə olan böyük ehtiramdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.Dövlət başçısının hər zaman tariximizə, milli mənəvi dəyərlərimizə yüksək diqqət göstərdiyini deyən deputatın fikrincə, bu qərar həmçinin, milli dövlətçilik tariximizə göstərilən yüksək dəyərdir.S.Əliyevanın sözlərinə görə, 1918-ci ilin may ayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən birini təşkil edir: "Cümhuriyyətin yaradılması xalqımızın böyük dövlətçilik tarixinə sahib olduğunu göstərir. Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi olaraq onun ənənələri yaşadır və davam etdirir. Bu gün Cümhuriyyətimizin tarixi geniş şəkildə araşıdırılıb, bu istiqamətdə sanballı elmi əsərlər yazılıb, eləcə də, Cümhuriyyətin qurucularını hər zaman böyük ehtiramla yad olunur"."Hazırda müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutur. Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətdir və dünyanın dinamik inkişaf edən ölkələri sırasındadır. Xalq Cümhuriyyətinin varisi olan mıstəqil Azərbaycanın uğurları ilə hər birimiz qürur duyuruq. Şübhəsiz ki, "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində bir sıra mühüm tədbirlər keçiriləcək. Bu tədbirlər ölkəmizlə yanaşı, xaricdə də reallaşdırılacaq. Bununla da, bir daha dünya ictimaiyyəti Azərbaycan xalqının zəngin dövlətçilik tarixi və ənənələri barədə məlumatlandırılacaq", -deyə, S.Əliyeva vurğulayıb.

sia.az

Digər xəbərlər