Siyasət

  • 4 163

"Azərbaycan novatorluğu ilə seçilən dövlətdir" AÇIQLAMA

image

“Cəmiyyətimizin sürətlə inkişaf etdiyi, qlobal transformasiya dövrünü yaşayan dünyada beynəlxalq münasibətlərin dəyişdiyi, yeni çağırışların ortaya çıxdığı bir zamanda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkəmizə uğur gətirir. Məhz bu siyasətin nəticəsidir ki, indi dünyada “sabitlik adası” kimi tanınan Azərbaycan regionun lider dövləti kimi transmilli layihələr həyata keçirir, böyük nailiyyətlər əldə edir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən və novatorluğu ilə seçilən sosial dövlətdir: “Azərbaycan 2003-cü ildən başlayaraq dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Əgər 14 il öncə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 42 milyard dollardır. Yəni son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artıb. Eyni zamanda, bu gün Azərbaycan digər ölkələrdən fərqli olaraq, ölkəmizdə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş qanuna əsasən dövlət 100 faiz zəmanət verir, 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb, 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə 371 milyon manat sərf edilib, 215 milyon manat məbləğində ünvanlı sosial yardım verilib. Həmçinin, əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib, 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə isə evlərində sosial xidmət göstərilib, 7 min 700 nəfər əlilliyi olan şəxs sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə göndərilib, müəllimlərim maaşının artırılmasına 164 milyon manat vəsait yönəldilib, 200 mindən çox yeni iş yerləri açılıb. Məhz, bütün bunlar Azərbaycan dövlətinin vətəndaşları üçün atdığı addımların nəticələrinin bir qismi olan nailiyyətlərdir”.Sədaqət Vəliyeva əlavə edib ki, bu uğurlar eyni zamanda perspektiv inkişaf üçün əlverişli təməl formalaşdırır və 2018-ci ildə də yüksək nailiyyətlərin qazanılacağına əminlik formalaşdırır.

sia.az

Digər xəbərlər