Siyasət

  • 3 398

"Ermənistan danışıqlar masasına oturmağa məcburdur" AÇIQLAMA

image

“Ümumiyyətlə, Ermənistanda gərginliyin yaşanmasının, orada keçirilən aksiyaların sabah keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə heç bir aidiyyatı yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır: “Baxmayaraq ki, qarşı tərəf müxtəlif yalanlarla, yalançı bəyanatlarla danışıqlardan qaçmaq istəyir amma bu mümkün deyil. Artıq Ermənistan tərəfi məcburiyyət qarşısında danışıqlara qatılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan danışıqlar prosesi bizim üçün çox vacibdir. Bu danışıqlar prosesinin nəticəsində də biz ərazi bütövlüyümüzü təmin edəcəyik. Ermənistanın daxilində gedən proseslərin nəhayət ki, sonu gəlib çatacaq və Cənubi Qafqazda yeni sülh və yeni iqtisadi bir zona yaranacaq. Buna mənim heç bir şübhəm yoxdur”.R.Rzayev Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı açıqlamasına da münasibət bildirərək deyib ki, münaqişənin mərhələli şəkildə həll olunması Azərbaycanın marağındadır: “Amma istərdim ki, həm Rusiya, ABŞ, həm də Fransa daha qətiyyətli addımlar atsınlar. Bu təkcə bəyanatlarla, mövqe bildirməklə bitməsin. Artıq qətiyyətli mövqe, işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına məcburedici addımlar atmaq lazımdır. Təəssüf ki, biz bunu hələlik görə bilmirik”.

sia.az

Digər xəbərlər