Jan-Batist Lömuan: Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir

Fransa ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Dövlət katibi kimi ikitərəfli münasibətlərin inkişafında iştirak etməkdən çox məmnunam.Bu fikirləri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan deyib.

Ötən ilin sentyabrında Azərbaycana səfərini xatırladan Jan-Batist Lömuan səfər çərçivəsində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmərəli görüşlər keçirdiyini bildirib. Bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşünün yüksək səviyyəli əməkdaşlığımızın davamı olduğunu vurğulayan dövlət naziri ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardıqlarını diqqətə çatdırıb.
“2018-ci il Azərbaycan üçün çox önəmli ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur”, – deyən Jan-Batist Lömuan Fransanın xarici işlər naziri Jan-İv Lö Drianın yubiley tədbirlərində iştirak etmək üçün bu il mayın 27-də Azərbaycana səfərinin gözlənildiyini vurğulayıb.

yap.org.az