Siyasət

  • 3 094

İsa Həbibbəyli: Azərbaycan sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi

image

«Azərbaycan beynəlxalq miqyasda İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır». Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, Azərbaycan həmçinin İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatı olan İSESCO ilə də sıx əməkdaşlıq edir. O xatırladıb ki, bir neçə il bundan əvvəl Bakı İSESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilib və ölkəmizdə, Bakıda çox mühüm tədbirlər keçirilib.
«2018-ci ildə isə Azərbaycanın digər bir şəhəri - Naxçıvan İslam mədəniyyəti paytaxtı elan olunub. Bu, çox əlamətdar hadisədir. Ümumiyyətlə, Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi davamlı töhfələr beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanır. İslam ölkələri beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın həyata keçirdiyi siyasətə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin ədalət prinsipi və beynəlxalq hüquq normaları çərçivəsində həllinə hərtərəfli dəstək nümayiş etdirirlər. Bütün bunlar həmrəyliyin göstəricisidir. Hesab edirəm ki, Azərbaycan 2017-«İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya özünün sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi»-deyə, akademik vurğulayıb.

yap.org.az

Digər xəbərlər