Siyasət

  • 4 254

Oqtay Əsədov: Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Türkiyə arasında möhkəm zəmin yaradır

image

Yanvarın 17-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.
Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqləndiyini qeyd edib. Bildirib ki, ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayıb. Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Türkiyə arasında həyatın bütün sahələrində məsələlərin uğurlu həlli üçün möhkəm zəmin yaradır.
Milli Məclisin sədri Azərbaycan və Türkiyə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işini yüksək qiymətləndirib.
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunun və parlament diplomatiyasının vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

yap.org.az

Digər xəbərlər