“Əli Kərimli öz əndişəsini ortaya qoyub” MÜNASİBƏT

"Əli Kərimlinin Cümhuriyyətlə bağlı çıxışları, sosial şəbəkədə yaydıqları birbaşa cəfəngiyyatdır. Bu adam üçün artıq heç bir dəyər qalmayıb. Özünü gülünc vəziyyətə qoyub. Hər kəs bunun Cümhurriyyətlə bağlı fikirlərini ələ salır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, Əli Kərimli çox yaxşı bilir ki, Azərbaycan dövləti 1991-ci ilin oktyabrın 18-də SSRİ-nin tərkibindən ayrılandan Azərbaycan SSRİ Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndə yazıldı ki, müstəqil Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: "Yəni, biz 1991-ci ildə müstəqillik aktını qəbul edəndə rəsmi olaraq AXC-nin varisi olduğumuzu yazmışıq. İndi bildiniz ki, niyə Əli Kərimliyə gülürlər? Cənab Prezident 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyət ili" elan edəndən bu günə kimi Kərimli sakitləşə bilmir. Bütün günü öz əndişəsini ortaya qoyub. Bu adamın apardığı siyasət nifrət üzərində kökləndiyindən nəyə ehtiraz etdiyinin də fərqində olmur. Əksər siyasi partiyalar Prezidentin verdiyi qərarı çox müsbət addım kimi qiymətləndirir. Biz bir xalq olaraq bütün dünyaya göstərcəyik ki, hələ 100 il bundan qabaq bizim xalq Cümhuriyyət dəyərlərini üstün tutub, demokratik prinsiplərə söykənib. Parlamentli Respublika qurub!".

sia.az