Siyasət

  • 3 982

Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək

image

20 Yanvar faciəsindən artıq 28 il ötür. Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə, ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamına əsasən, Səbail rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və bu plana uyğun olaraq, rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir, rayondakı muzey və sərgi salonlarında müxtəlif sərgilər təşkil olunur. Orta və ali təhsil müəssisələrinin şagird və tələbələrin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil olunur. Yanvar ayının 19-da rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcəkdir.
Səbail rayon icra hakimiyyətinin təşəbbüsü ilə, hər il olduğu kimi, rayon rəhbərliyi, respublika "20 Yanvar" cəmiyyəti", Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və rayonun ictimai təşkilatlarının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə rayon icra hakimiyyətində görüş keçirilib.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş Sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq, canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar: "Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Eldar Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilmişdir".
Görüşdə şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanilmış, bir çox sualların həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və ərzaq bağlamaları təqdim olunub.
Tədbirdə, həmçinin, qeyd edilib ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.

Rövşən RƏSULOV

Digər xəbərlər