Siyasət

  • 4 137

Məhəbbət İbrahimova: "Bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır"

image

"Ölkə başçımız Cənab İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli Sərəncamı dövlətçilik tariximizdə çox mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi və onun nailiyyətlərinin gənc nəslə çatdırılması istiqamətində atılan çox önəmli addımdır". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) qadınlar şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib. Onun sözlərinə görə, ölkə başçımızın "Azərbaycan Xalq Cümhuriyyəti İli"ni elan etməsi bu yubileyə dövlət səviyyəsində çox böyük önəm verilməsinin bariz göstəricisi, tariximizə və keçmişimizə böyük ehtiramın nümunəsidir.

Məhəbbət İbrahimova qeyd edib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyət olan AXC ötən əsrin ikinci onilliyində Vətənimizin şanlı övladları tərəfindən çətinliklə də olsa, yaradılıb: "Həmin vaxt Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Xüsusilə, qadınlara kişilərlə bərabər seçki hüququ verilib, irqi, milli, dini bərabərsizliklər ləğv edilib, Azərbaycanın ilk ali təhsil müəssisəsi - Azərbaycan universiteti, eləcə də, mühüm dövlət səhiyyə sistemi yaradılıb".
M.İbrahimova, həmçinin, bildirib ki, Ulu Öndər Heydər Əliyev də AXC-nin tarixinə, onun qurucularının fəaliyyətinə yüksək qiymət verib və O, hələ 1997-ci il mayın 27-də Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən təntənəli yığıncaqdakı nitqində vurğulayıb ki, cümhuriyyətin yaradılması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynayıb.
M.İbrahimova vurğulayıb ki, Azərbaycan xalqı AXC-nin 100 illiyini layiqincə qeyd etməyə ciddi hazırlaşır. "Bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır"-deyə qeyd edən M. İbrahimova, həmçinin, bildirib ki, bütövlükdə, tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu Sərəncam və "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən, gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artmasında mühüm rol oynayacaq.
RÖVŞƏN

Digər xəbərlər