Siyasət

  • 4 937

Azərbaycan AXC-nin siyasi və mənəvi varisi hesab edilir AÇIQLAMA

image

“Cənab Prezdentin bu ili AXC ili elan etməsi onu göstərir ki, dövlət başçımız ölkəmizin tarixinə, dövlətçilik ənənələrinə çox həssaslıqla yanaşır və bu gün Azərbaycan dövləti AXC-nin siyasi və mənəvi varisi hesab edilir”. Bu sözləri SİA-ya açıqlamaısnda millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olur: “Şərqdə ilk yaranmış müsəqil, demokratik prinsiplərə əsaslanan AXC islam dünyasında qadınlara hüquq azadlığı verən ilk dövlətdir. Nəinki, islam dünyasında, hətta bu gün özlərini dünyanın inkişaf etmiş ölkələri sayanlardan da əvvəl Azərbaycan qadınlarının hüquq və azadlıqlarını təmin etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçiliyin bütün əsaslarını yaratdı. Amma çox təəsüf ki, AXC uzun yaşaya bilmədi. İndi isə müstəqil, güclü və dünyada hörmətlə qarşılanan Azərbaycan dövləti var. Bu gün Azərbaycan dövləti öz keçmiş tarixini heç vaxt unutmur və onunla fəxr edir”.

siaşaz.