Siyasət

  • 4 131

"“Freedom House”un hesabatının əhəmiyyəti yoxdur" MÜNASİBƏT

image

“Freedom House” kimi beynəlxalq təşkilatların ölkəmiz haqqında sifariş əsasında vermiş olduğu bəyanatlar və hazırlamış olduqları hesabatlar ciddi qəbul edilə bilməz. Ona görə ki, bu cür bəyanatlar və hesabatlar ciddi təşkilatlar tərəfindən hazırlanmayıb”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Aliyev deyib.Onun sözlərinə görə, “Freedom House” və digər bu kimi təşkilatların özləri əslində bir QHT-dirlər: “Onların özlərinin nüfuzu və əhatə dairələri imkan verə bilməz ki, nə ölkəmiz üçün, nə də başqa bir müstəqil, demokratik ölkə üçün hesabat hazırlaya ya da bəyanat verələr. Hər kəs bilir ki, bu kimi təşkilatlar qrantlar əsasında və lobbilərin ayırdığı maliyyə vəsaitləri ilə öz fəaliyyətlərini qururlar. Bu dəfəki maliyyəni də yəqin ki erməni lobbisi verib və sifarişi də belə olub ki, “Azərbaycan dövlətini ləkələyin”. Ancaq yenə də düşünüblər ki, bu cür təşkilatlar nə qədər “hesabat” hazırlayıb öz maliyyə himayədarlarının gözünə soxsalar da ölkəmizə ləkə yaxa bilməzlər.Azərbaycan ciddi beynəlxalq təşkilatlarla öz əməkdaşlığını qurmuş bir ölkədir. Bütün nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizdə iqtisadi inkişafın digər ölkələrdən necə üstün olmasını, insan hüquqlarının qorunmasını, vətəndaş cəmiyyətinin inkişafını və azad KİV-in olmasını bəyan edir. Buna görə də fikrimcə, hər hansı bir əhəmiyyəti olmayan QHT-nin ölkəmiz haqqında hazırlamış olduğu mənasız hesabatın heç bir əhəmiyyəti yoxdur”.

sia.az

Digər xəbərlər