Siyasət

  • 5 176

Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir

image

«Ölkəmizdə peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, peşə təhsilinin inkişafı ilə bağlı müvafiq dövlət proqramının həyata keçirilməsi bu sahədə ciddi dönüş yaradacaq. Onun sözlərinə görə, bu sahədə çalışan insanların da sosial müdaifəsi diqqət mərkəzindədir.
«Bir neçə gün öncə Azərbaycan Prezidenti tərəfindən «Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında» Sərəncam imzalandı. Sərəncama əsasən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılacaq. Məqsəd bu sahədə çalışan insanların maddi rifahını yaxşılaşdırmaqdır. Eyni zamanda, bu qərar peşə təhsilində çalışan insanların fəaliyyətini və gənclərdə bu sahəyə marağı daha da stimullaşdıracaq»-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər