Siyasət

  • 2 618

"Həmsədrlər yeni “texnoloji üsul”a əl atıblar” MÖVQE

image

“ATƏT-in Minsk Qrupu həmsədrləri nəsə yeni “texnoloji üsul”a əl atıblar”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, onlar keçmiş illərdə bölgəyə birgə səfər edirdilər: “Əlbəttə tək-tək gəldiyi vaxtlar da olub. Ancaq indi metod bir az dəyişib. Bakıya bir neçə gün əvvəl amerikalı həmsədr gəlib və qeyri-rəsmi görüşlər keçirib, məcburi köçkünlərin yaşadığı ərazidə olub, bu gün isə fransalı həmsədr gəlib və sabahdan amerikalı həmkarı ilə rəsmi görüşlərə başlayacaq. Rusiyalı həmsədr nəsə gecikir. Tək-tək gəlsələr nə olacaq, birgə görüşlər keçirsələr nə dəyişəcək? Gərək həmsədrlərin başlarının üstündəkilər əməli fəaliyyətə keçib Ermənistan hakimiyyətinə “mərhələli həll” planı qəbul etsinlər, yoxsa diplomatlarının əllərindən nə gəlir ki?”.

sia.az

Digər xəbərlər