Siyasət

  • 7 907

Elçin Mirzəbəyli: “Müxalifətin dezinformasiyaları şikayət edilməlidir”

image

“Ümumiyyətlə Azərbaycanın milli maraqlarını müdafiə edən və seçkilərin keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını və bir çox aspektlərdən zəruri olduğunu başa düşən insanlar müxalifətə qarşı öz mövqeyini sərgiləməlidirlər və birmənalı mövqe ortaya qoymalıdırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Siyasi şərhçinin sözlərinə görə, bu proseslərdə xüsusən gənclər aktiv olmalıdır: “Bu şəxslər başa düşməlidirlər ki, Azərbaycan ictimaiyyəti, xalqı, gəncləri baş verən proseslərin fərqindədirlər və kimin-kim olduğunu daha yaxşı bilir. Məsələnin bir tərəfi sosial şəbəkələr üzərindən mövqe bildirməkdir. Digər tərəfi də hüquqi tənzimlənmələrlə bağlıdır. Təəssüflər olsun ki, sosial şəbəkələrlə bağlı bu istiqamətdə bir çox problemlər var. Amma müxalifətin yaydığı dezinformasiyalara qarşı kütləvi şəkildə şikayətlər təşkil etmək olar. Bütün istiqamətlərdə bu insanlarla mübarizə aparmaq mümkündür. Bununla yanaşı İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərdən sonra imkan verir ki, həmin şəxslər haqqında müvafiq hüquqi tədbirlər görsün. Həmin hüquqi tədbirlərin görülməsi üçün də yenə vətəndaşların bu məsələdə aktiv şəkildə iştirakına ehtiyac var. Ümumiyyətlə gözləmə mövqeyi tutmaqla, prosesləri kənardan izləməklə dövlətin, xalqın mənafeyini müdafiə etmək olmur. Belə məsələlərdə gərək birmənalı mövqe ortaya qoysun”.

sia.az

Digər xəbərlər