Siyasət

  • 2 514

"Prezident Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu bir daha göstərdi" AÇIQLAMA

image

"Növbədənkənar seçkilərin elan edilməsi Azərbaycanda demokratiyanın növbəti bir uğurudur". Bunu SİA-ya Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev bununla bir daha göstərir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və siyasi iradəyə malikdir.Növbədənkənar prezident seçkilərinin elan edilməsinin çox düzgün bir qərar olduğunu deyən deputat söyləyib ki, bu, ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur: "Bildiyiniz kimi 2016-cı il sentyabrın 26-da referendum keçirilərək Konstitusiyaya dəyişiklik edildi və prezidentlik müddəti, növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydaları müəyyən edildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu referendum göstərdi ki, xalq dövlət başçısına böyük etimad göstərir. Bu etimada cavab olaraq da Prezident növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etdi və demokratik inkişafa yeni impuls verdi, siyasi iradə nümayiş etdirdi”.B. Əliyev əlavə edib ki, ölkədə gedən proseslər, ölkəmizdə keçirilməsi nəzərdə tutulan böyük yerli və beynəlxalq səviyyəli tədbirlər, eyni zamanda 2025-ci ildə keçiriləcək parlament seçkilərinin prezident seçkiləri ilə eyni vaxta düşməsi, həmçinin xalqın Prezidentə olan böyük etimadı nəzərə alınmaqla növbədənkənar prezident seçkiləri elan edilib.

sia.az

Digər xəbərlər