Siyasət

  • 3 037

Deputat: "Növbədənkənar seçkilərin keçirilməsi ən optimal variantdır" MÖVQE

image

"Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar yerində verlib və ən optimal variant hesab oluna bilər". Bu fikirləri SİA-ya millət vəkili Tahir Kərimli bildirib.Deputatın sözlərinə görə, cari ildə ölkəmizdə mühüm tədbirlərin keçirilməsini nəzərə alsaq, seçkinin vaxtından əvvələ salınması düzgündür: "Bildiyiniz kimi, 2018-ci ildə Azərbaycanda bir sıra mühüm yubiley tədbirləri keçiriləcək. Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi, Heydər Əliyevin 95 illik yubileyi və digər mühüm tarixi hadisələr qeyd olunacaq. Bu cür tədbirlərin keçiriləcəyini nəzərə aldıqda prezident seçkilərinin növbədənkənar keçirilməsi daha optimal görünür".T.Kərimli vurğulayıb ki, növbədənkənar prezident seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə tam şəkildə uyğundur.Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə gündən günə inkişaf edir. Ölkəmiz sabit ölkə olmaqla yanaşı, güclü iqtisadiyyata maikdir. Azərbayanın son 10 ildəki inkişafını, görülən işləri, atılan addımları nəzərə aldıqda, prezident seçkilərində Dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam məqsədəuyğundur. Bu seçkilərdə İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yoxdur. Çünki, Azərbaycan xalqı prezidentinin yanındadır və hər zaman ölkə başçısına dəstəkdir"- deyə, deputat əlavə edib.

sia.az

Digər xəbərlər